Rusiya dəyişiklik tələb edir!

Bizim məqsədimiz

«YABLOKO» partiyasının başlıca məqsədi konstitusiya yolu ilə Rusiyanın dinamik inkişafını təmin edən və vətəndaşların xidmətində duran müasir hüquqi demokratik sosial dövlət qurmaqdır.

Biz Dumaya nə üçün gedirik?

«YABLOKO» parlamentə vətəndaşların maraqlarını təmsil etməyə və ölkəni bu məqsədə yaxınlaşdıran qanunlar qəbul etməyə gedir.

Biz nəyə qarşı çıxırıq?

Hakimiyyətlə biznesin birləşməsinə qarşı. Biz tələb edirik:

  • ehtiyatların satılmasından alınan vəsaitləri və büdcə vəsaitlərini oliqarxların və məmurların ciblərinə dolduran bütün “yem yerlərinin” bağlanmasını;
  • fəaliyyətdə olan biznesmenlərin və onların qohumlarının dövlət vəzifələrini tutmalarının qadağan edilməsini;
  • ofşorlarda qeydiyyatda olan kompaniyalara vergi qoyuluşunun xüsusi rejimini;
  • girov auksionları xeyirgörənlərinə kompensasiya vergisi qoyulmasını;

Korrupsiyaya qarşı. Biz tələb edirik:

  • öz gəlirlərinin mənbəyini izah etməyi bacarmayan məmurları cəzalandırılmasını nəzərdə tutan korrupsiyaya qarşı BMT Konvensiyasının 20-ci maddəsini tam həcmdə ratifikasiya etməyi;
  • Məmurların bəyannamələrinin ümumi yoxlanılması aparılsın və gəlir və əmlakının leqallığını sübut edə bilməyənlərin dövlət qulluğundan çıxarılmasını;
  • Məmurlara və deputatlara dövlət iştiraklı şirkətlərin direktorlar şurasına daxil olmalarını qadağan etməyi;

Ölkə vətəndaşlarının imkanlarının qeyri-bərabərliyinə qarşı. Biz tələb edirik:

  • məmur və deputatların mənzil-məişət, tibbi, nəqliyyat və digər imtiyazlarının ləğv edilməsini, “miqalkaların” ləğv edilməsini;
  • məmurlar və adi vətəndaşlar üçün vahid təqaüd sisteminin yaradılmasını;
  • iri və xırda biznesin hüquqi bərabərsizliyinin ləğv edilməsini;

Milli düşmənçiliyə və dözümsüzlüyə qarşı. Biz tələb edirik:

  • etnik və irqi əlamətlərə görə milli düşmənçilik və ayrı-seçkiliyə görə qəti cavabdehliyin təmin edilməsini;
  • orta məktəb proqramına millətlərarası ünsiyyət (mədəniyyətlərarası kommunikasiya) dərslərinin salınmasını.

Totalitarizmə və stalinizmə qarşı. Biz tələb edirik:

  • Stalin və bolşevik repressiyalarının bəraətinə görə cavabdehliyin tətbiq edilməsini;
  • totalitar keçmişin aradan qaldırılması dövlət proqramının qəbul edilməsini.

Biz nə uğrunda mübarizə aparırıq?

Müasir dövlət uğrunda - insanın və vətəndaşın hüquq və azadlıq dövləti uğrunda

Toxunulmazlıq və şəxsiyyət hüququ uğrunda

  • şəxsi həyat sirri: yazışma və telefon danışıqları, yaşayış evinin toxunulmazlığı;
  • azadlıqdan özbaşına məhrum etmə və azadlığın məhdudlaşdırılmasından müdafiə;
  • vətəndaşlara qarşı qanunsuz hərəkətlərinə görə hüquq-mühafizə orqanı işçilərinin cəzalandırılmasının dönməzliyi;
  • Vətəndaşların azadlıqdan məhrum etmə yerlərində layiqli şəraitdə saxlanılmasının zəmanətliyi.

Vətəndaşlıq hüququ uğrunda

  • Piketlərin, mitinqlərin, yürüşlərin, nümayişlərin xəbərdarlıqlı keçirilməsi qaydası;
  • Kişilər və qadınlar üçün bərabər hüquq və imkan zəmanətliyi, qadınlara qarşı hüquq pozuntusu və zorakılıq hallarına yol verilməməsi;
  • Qeyri-ticarət birliklərinin yaradılma və iş azadlığı;
  • KİV azadlığının danışıqsız gözlənilməsi;
  • Azad ümummilli ictimai televiziyanın yaradılması.

Demokratiya uğrunda

  • Seçkilərin saxtalaşdırılmasının yolverilməzliyi, onlarda inzibati resursların istifadə edilməsi;
  • Seçki komissiyalarının tərkibinin formalaşdırılmasında bütün partiyaların mütləq iştirakı;
  • siyasi partiyaların qeydiyyatının sadələşdirilməsi;
  • siyasi partiyalar üçün bütün səviyyəli qanunvericilik iclaslarında toplanmış səslərin həddinin 3 %-ə qədər azaldılmasını;

Müstəqil obyektiv məhkəmə uğrunda

  • Məhkəmə rüşvətxorluğundan və məhkəmə çağırışlarından ziyan çəkənlərin bəraət alması və azad edilməsi;
  • məhkəmələrin ədalətsiz qərarlarına görə cavabdehliyin sərtləşdirilməsi;
  • məhkəmə korpusunun köklü surətdə yeniləşməsi;
  • xüsusi xidmət orqanlarına və güc qurumlarına vətəndaş nəzarəti;
  • FTX, FMX, polis və digər qurumların səlahiyyətlərini əsassız olaraq genişləndirən qanun və qanunətrafı aktların ləğv edilməsi
  • Parlament nəzarəti və parlament tədqiqatı, ictimai təşkilatlar tərəfindən nəzarət;

Effektli federalizm və milli siyasət uğrunda

  • Federasiya Şurası üzvlərinin Federasiya subyektlərinin əhalisi tərəfindən seçilməsi
  • RF subyektlərinin icra hakimiyyəti başçılarının seçkililiyi;
  • Geosiyasi risk, ekoloji fəlakət regionlarına, əlverişsiz iqlim şəraiti olan regionlara dövlət dəstəyi;
  • Rusiya xalqlarının dillərinə (tatar, azərbaycan və digər dillərə) və mədəniyyətlərinə dövlət dəstəyi; dövlət federal və regional KİV-lərində Rusiya xalqlarının dillərində müntəzəm olaraq nəşr və verilişlər;
  • Milli respublikaların əhalisinin öz ana dilində keyfiyyətli təhsil almaq imkanının təmin edilməsi. Rusiyanın bütün ərazisindəki orta məktəblərdə arzu edənlərə doğma ana dilini və ədəbiyyatını öyrənməyə imkan yaradılması.

Mükəmməl yerli özünüidarə uğrunda

  • Yerli özünüidarə orqanlarına onlarla razılaşdırılmamış qərarları qəbul etdirən qanunlara yenidən baxılması;
  • Əmlak vergilərindən daxil olan bütün gəlirlərin, onlarla razılaşdırılmış qərarların səviyyəyə verilməsi.

Professional ordu uğrunda

  • kontrakt əsasında formalaşdırılan professional orduya keçid;
  • Hərbi qulluqçuların pul təminatının artırılması və mənzillə təmin edilməsi;
  • Təqaüdlərin hesablanmasında ayrı-seçkililik qaydasının aradan qaldırılması;
  • Ordunun quruluşunun və sayının, texniki təchizatının real təhlükələrlə uyğunlaşdırılması.

Effektli xarici siyasət uğrunda

  • ölkənin bütövlüyünün qorunub saxlanılması və Rusiyanın həmsərhəd ölkələrin təhlükəsizlik qarantına çevrilməsi;
  • Rusiyanın Avropa ölkələri və Avropa ittifaqı ilə əməkdaşlığının yeni formalarının i ikişaf etdirilməsi, viza rejiminin ləğv edilməsi;
  • Normativləri və standartları ölkənin inkişafı üçün lazımlı və xeyirli olan beynəlxalq təşkilatlarda və konvensiyalarda Rusiyanın iştirakının genişləndirilməsi;

Sosial bazar iqtisadiyyatı uğrunda

Xüsusi mülkiyyətin toxunulmazlığı uğrunda

  • kütləvi mülkiyyətçinin - minoritar aksionerlərin mənzil, kənd evləri, torpaq sahələri sahiblərinin hüquqlarının qorunması və gözlənilməsi;
  • mülkiyyətin qeydiyyatı əməliyyatının sadələşdirilməsi və tezləşdirilməsi.

Rəqabət uğrunda

  • Şəffaf ticarət təbii monopoliyaların böyük xərclərinin həyata keçirilməsi üçün yeganə mexanizm kimi;
  • Təbii monopoliyanın korporativ xərcləri haqqındakı məlumatların ın internetdə çap edilməsi;
  • İş adamlarına təzyiq göstərilməsinə və inzibati maneə yaratmağa görə verilən cəzanın sərtləşdirilməsi;
  • Monopoliya tariflərinin təsdiqinin şəffaf qaydalarının müəyyən edilməsi, əvvəlki dövrdəki infilyasiyanın səviyyəsinə görə tariflərin qaldırılmasının məhdudlaşdırılması.

Yeni iqtisadi siyasət və xammal asılılığının dayandırılması uğrunda

Rusiya iqtisadiyyatının artımının maksimum sürətləndirilməsi məqsədilə biz “Torpaq-evlər-yollar” fərdi xüsusi evlərin kütləvi tikintisi proqramını işləyib hazırlamışıq. Artıq bu gün Rusiyanın imkanları vardır ki, milyonlarla vətəndaşı özü üçün və öz övladları üçün xüsusi torpağında ev tiksin. Torpağın infrastrukturu ilə birlikdə kütləvi surətdə pulsuz olaraq ailəvi evlərin tikintisi üçün xüsusi mülkiyyətə verilməsini mümkün və vacib hesab edirik. “Torpaq-evlər-yollar” proqramının həyata keçirilməsinin nəticəsində aşağıdakılar əldə olunacaq:

  • Mənzil tikintisi təyinatı ilə torpağın pulsuz olaraq vətəndaşlara vrilməsi, daxili tələbatın inkişafı və milyonlarla yeni iş yerlərini təmin edən fərdi yaşayış evlərinin kütləvi tikintisi hesabına real iqtisadiyyatın sürətlə yüksəlməsi;
  • Vətəndaşlara verilən torpaqların infrastrukturunun dövlət hesabına və dövlətin dəstəyi ilə (əsasən ehtiyyat fonddan) təmin edilməsi: yolların çəkilməsi, qazlaşdırılması, elektrikləşmə, su təchizatı.

Kiçik və orta biznesə real dəstək uğrunda

  • büdcədənkənar dövlət fonduna sığorta ödənişləri tarifinin aşağı salınması; güzəştli kredit sisteminin təşkili;
  • “xalq bazarının” yaradılması - kiçik biznes kooperativləri üçün bazar təyinatlı üstün torpaq alma hüququ;
  • İcarəyə götürülən bələdiyyə binalarının və onların yerləşdiyi torpaq sahəsinin alınma hüququna qəti zəmanət verilməsi;
  • İri və xammal biznesindən başqa, biznes üçün ümumi vergi yükünün azaldılması.

Sosial təbəqələşmənin ixtisarı uğrunda

  • İstehlak zənbilinə daxil olan malların və xidmətlərin həcminin yaşayış minimumunun səviyyəsinə qədər artırılması və siyahısının genişləndirilməsi;
  • Minimum əməkhaqqının orta əməkhaqqının 50% qədər artırılması;
  • Xammal ehtiyatlarının satışından alınan vəsaitin bir hissəsinin hesabına yaşlı nəsil Fondunun yaradılması;
  • Təqaüd və sosial müavinətlərin həcminin artırılması;
  • Əlillik müavinətlərinin artırılması, əlillər üçün iş yerlərinin və şəhərlərdə “maneəsiz” mühitin yaradılması.

Əmək hüquqlarının zəmanəti uğrunda

  • Real tətil keçirmək hüququ;
  • Muzdlu əməyin qadağan edilməsi;
  • Azad həmkarlar ittifaqlarının yaradılma zəmanəti, həmkarlar ittifaqı liderlərinin işdən çıxarılmama zəmanəti.

İnsan kapitalına investisiya uğrunda

Təhsilin inkişafı uğrunda

  • Pulsuz orta və mümkün ali təhsil;
  • Uşaq baxçalarının sayının artırılması, hər bir uşağın məktəbəqədər müəssisədə yerlə təmin edilməsi;
  • məktəbəqədər müəssisə, məktəb, peşə məktəbləri, ali məktəb müəllimlərinin əməkhaqlarının bir neçə dəfə artırılması;
  • təhsil müəssisələrində kommersiyalaşmadan və korrupsiyadan imtina edilməsi.

Səhiyyənin mümkünlüyü və keyfiyyəti uğrunda

  • standartlaşdırılmış pulsuz xidmətlə yanaşı pulsuz səhiyyənin mümkünlüyü;
  • tibb işçilərinin əməkhaqlarının artırılması;
  • əhalinin hökmən pulsuz dispanserizasiyası;
  • ölkəyə gətirilən unikal dərmanların və tibbi avadanlıqların gömrük xərcindən azad edilməsi.

Elmin dəstəklənməsi uğrunda

  • Alimlərin intellektual mülkiyyət hüquqlarının zaminliklərinin yaradılması
  • Gənc alimlərə dövlət dəstəyi;
  • Nadir elmi-texniki avadanlıqların idxal rüsumları ləğv edilməsi.

Vətəndaşların rus mədəniyyətinə qoşulması uğrunda

  • Mədəniyyət və incəsənətin maliyyələşdirilməsinin artırılması;
  • Mədəniyyət obyektlərinin ərazi və qiymət mümkünlüyünün təmin edilməsi;
  • böyüməkdə olan nəslin dövlət vəsaiti hesabına mədəni həyata cəlb edilməsi

Ətraf mühitin təmizliyi uğrunda

  • Ekologiya Nazirliyinin yenidən yaradılması;
  • Dövlət ekoloji ekspertiz institutunun bərpa edilməsi;
  • Xaricdən işlənmiş nüvə yanacağının ölkəyə gətirilməsindən, yeni AES tikilməsindən imtina edilməsi və resursunu işlədib qurtarmış AES-lərin istismardan çıxarılması;

«YABLOKO» Rusiya vətəndaşlarına ölkəmizin inkişaf yolu ilə irəliləməsini təmin edən bir proqram təklif edir. Bu yolla XXI əsrin başlanğıcında öz vətəndaşlarının rifahını dünyada ən yüksək səviyyədə təmin etmiş bütün ölkələr getmiş və getməkdədirlər.

Bizim ölkəmiz bu gün seçim qarşısındadır:

  • Ya o XXI əsrdə inkişaf yolu ilə gedəcək,
  • Ya da o durğunluq yolu ilə getməkdə davam edəcək, üçüncü dünyaya yuvarlanacaq və indiki sərhədlərində XXI əsrin ortalarınadək yaşaya bilməyəcək.

Bu seçimi bu gün siz etməlisiniz, hörmətli seçicilər!